Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ailəsi izləyicilərə müraciət ünvanlayıb.
7Times.az xəbər verir ki, ifaçının oğluna aid olan instaqram səhifəsində yer alan paylaşımda onların adından dələduzluq edildiyi bildirilib. Meyxanaçının oğlu Yusif onun adından TikTok-da səhifə açılıb, pul yığıldığını qeyd edib:
“Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam”.
O bildirib ki, açılan profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.
Follow @7timesaz