Ölkə

Aeroport yolunda qəza – Avtomobil yol kənarında dayanmış polis maşınına çırpıldı – VİDEO

Aeroport yolunda qəza – Avtomobil yol kənarında dayanmış polis maşınına çırpıldı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza hadisəsi baş verib. 

BAKU.WS-ə daxil olan məlumata görə, hadisə Aeroport yolunun Zağulba ərazisindən keçən hissəsində qeydə alınıb.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Zağulba istiqamətində yol polisinin xidməti avtomobili yol kənarında dayanan zaman digər maşın ona çırpılıb:

“Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da maşına ciddi maddi ziyan dəyib. Bununla bağlı araşdırma aparılır və lazımi işlər görülür”.

Sözügedən görüntüləri təqdim edirik: