Müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın “1 milyona soyunaram” ifadəsinə reaksiya verərək “soyunsa ona heç 50 manat da verməzlər” deyib.Əli Mirəliyevin bu sözlərindən sonra danışan Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib: “Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir samovar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib”.Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev Afaq Aslanı xatırlamadığını deyib:“Bu nə söhbətdir? Afaq Aslan kimdir? Mən heç onu tanımıram. O vaxt aramızda soyunmaqla bağlı bir söhbət olub, onu xatırlayıram. Hə nə olsun? Bunu indi niyə deyir?Qalıb bir kənarda tanıyan yoxdur, istəyir özünü reklam etsin. Mənə elə gəlir, məsələ məhz budur. Ola bilər mən ona demişəm ki, verilişdən sonra səni harasa aparım. Amma Afaq Aslan kim idi, yadıma sala bilmirəm. Amma soyunmaq barədə qalmaqal çoxdan olub, üstündən uzun müddət keçib, Afaqın yadına indi niyə düşüb bunu danışmaq?! Deyəsən, artıq “mod”dan düşüb. Biri var ki, 1-2 ay əvvəl dediklərimə cavab verilsin, biri də var it ilində dediyimə cavab verib. Xeyir ola, indi bunu qurdalayıb ortaya çıxarırsan? Bu nə deməkdir?Bikar qalıb, tanıyan yoxdur yəqin. Afaq Aslan adında şou-biznesdə oxuyan var ki? Mən xatırlamıram. Bikar qalıb, reklam istəyir. İstəyir mənim əlimlə reklam olunsun”.Ə.Mirəliyev vaxtilə bir çox müğənninin ona tənqid etməsi üçün hətta pul da təklif etdiyini açıqlayıb:
“O qədər mənim yanıma gəliblər ki… Hətta mənə pul da təklif ediblər ki, onu efirdə pisləyim, tənqid edim. O qədər olub ki, belə şeylər. Ən böyük reklam elə antireklamdır. Rəhmətlik Səməd Səmədov o vaxt deyirdi ki, “Ay Əli, məni reklam elə, yoxsa toylarım azalır”. Deyirdim axı nə edim? Cavab verirdi ki, nə istəyirsən elə, reklam olunum. Allah ona rəhmət eləsin”.
Follow @7timesaz