Məşhur müğənni Afət Fərmanqızı taxdığı bahalı zinət əşyaları ilə gündəmə gəlib.
7times.az xəbər verir ki, “ARB” telekanalının “Həmin Zaur” proqramında qonaq olan müğənnidən aparıcı Zaur Kamal taxdığı zinət əşyalarının qiymətlərini soruşub. Aparıcının qiymətləri tək-tək soruşmasından sonra Afət Fərmanqızı, brilyant boyunbağısının 40 min manat, sırğalarının 15 min manat, bilərziyinin isə 26 min manat olduğunu söyləyib. Müğənni bu zinət əşyalarının ona hədiyyə verildiyini deyib.
Elmir Kərimli
Follow @7timesaz