Ölkə

AFFA bu komandanı çempionatdan KƏNARLAŞDIRDI

AFFA bu komandanı çempionatdan KƏNARLAŞDIRDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

7Times.az  xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilmiş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Region Liqasında keçirilməli olan “Arpaçay” (Şərur) – “Sədərək” oyununda “Sədərək” komandası vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Buna görə “Sədərək” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə “Sədərək” komandası yarışlardan kənarlaşdırılıb.

Region Liqasında keçirilən “İrəvan” – “Difai” oyununda “Difai”nin heyətində İntizam Komitəsi tərəfindən hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza almış 5 nömrəli futbolçu Gülalı Mehrəliyev oyunda iştirak etdiyinə görə “Difai”yə 0:3 hesablı məğlubiyyət verilib.

Region Liqasında keçirilən “Zəfər 44” – “Qobustan” oyununun 1-ci hissəsi bitdikdən sonra “Zəfər 44” komandasının baş məşqçisi Vidadi Salmanov və koordinatoru Bəxtiyar Salmanov hakimlər briqadasına hədə-qorxu gəldiyinə və hakimləri təhqir etdiyinə görə Baş məşqçisi Vidadi Salmanov və koordinatoru Bəxtiyar Salmanova 10 oyun stadiona giriş qadağası qoyulub. Komanda tərəfindən təhlükəsizlik tədbirləri görülmədiyi üçün hakimlər briqadası 2-ci hissədə oyuna çıxmadığına görə oyun keçirilməyb. Bu üzdən sözügedən komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. Azarkeşlər tərəfindən hakimlərə təzyiqlər edildiyinə və onları vurmağa cəhdlər edildiyinə görə komanda növbəti 1 oyunu azarkeşsiz keçirəcək.