Afrika ölkəsində qadın diri-diri basdırılmış körpəni xilas etdi

Afrika ölkəsində qadın diri-diri basdırılmış körpəni xilas etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabve sakini yeni doğulmuş körpənin həyatını xilas edib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə ölkənin Qokve şəhəri yaxınlığındakı kənddə baş verib.

Qadın küçə ilə gedərkən qonşunun yeni doğulmuş uşağını torpağa basdırdığını görüb. Xilaskarın dediyinə görə, uşağın ancaq burnu çölə çıxıb və gözləri görünüb. Xanım hadisə barədə polisə məlumat verib.

Ana isə öz hərəkətini belə izah edib ki, körpənin atası ondan imtina edib və əgər ata körpəni atıbsa, deməli, ona baxacaq başqa heç kim yoxdur.//oxu.az