Burundinin paytaxtı Qiteqa şəhərində həbsxanada baş verən yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfərsə ağır yaralanıb.
Azı min məhbusun saxlandığı həbsxanadakı yanğının səbəbləri açıqlanmayıb.
Yerli mətbuatın məlumatına görə, Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, onlar qısa müddət sonra binanı tərk ediblər.
Həbsxanaya gedən yollar polis və hərbçilər tərəfindən bağlanıb.//oxu.az
Follow @7timesaz