Aktual

Ağ Ev Baydenin Ukraynaya səfər etmək istəyini açıqladı

Ağ Ev Baydenin Ukraynaya səfər etmək istəyini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Co Baydenin Ukraynaya səfər etmək istəyini açıqlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Bayden “Ukraynaya getmək istərdi”.
Bununla belə, o, əlavə edib ki, hazırda belə bir səfər planlaşdırılmır.

Aprelin 14-də Co Bayden şəxsən Kiyevə getməyə hazır olduğunu açıqlayıb. Onun Ukraynaya səfər etmək istəyi mayın əvvəlində də bildirilmişdi.