“Ankara İsrailin Qəzzada törətdiyi kütləvi qətllər və soyqırım cinayətləri haqqında dünyanı məlumatlandırmaqda davam edəcək…”
“Qəzza məsələsi İslam dünyası üçün ən vacib məsələdir və biz birləşməli, gerçək və səmərəli siyasətlə onun həllini tapmalıyıq…”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu yenidən Adolf Hitlerlə müqayisə edib və əmin edib ki, Ankara dünyanı onun törətdiyi cinayətlər haqqında məlumatlandırmaqda davam edəcək.
7Times.az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.
“Biz BMT-nin Beynəlxalq Məhkəməsinə əvvəllər etdiyimiz kimi İsrailin cinayətlərinin sübutlarını tədqim etməkdə davam edəcəyik.
Biz həqiqətin üstünü açmaqda və İsrailin törətdiyi qətllər barədə danışmaqda davam edəcəyik.
Qoy hamı Netanyahunun zəmanəmizin Hitleri olduğunu və onun əlaltılarının məsuliyyətdən yaxa qurtara bilməyəcəklərini anlasın”.
“Ədalət əvvəl-axır məhkəmədə olmasa da, tarix qarşısında zəfər çalacaq”, – Türkiyə lideri əlavə edib.
Ərdoğan növbəti dəfə İstailin Qəzza bölgəsində törətdiyi əməlləri kəskin tənqid edib və misli görünməyən kütləvi qətllər və Qəzzanın tam məhv edilməsi cəhdləri barədə bəyan edib.
“Biz kənarda dayanmağı özümüzə rəva bilə bilmərik. BMT mexanizmləri vasitəsilə buna qarşı çıxmaq üçün fəal addımlar gərəkdir”, – o, qeyd edib.
Bundan başqa, Ərdoğan diqqəti Qəzzada işləyən KİV nümayəndələrinə edilən hücumlara yönəldib.
Onun sözlərinə görə, bu, Türkiyəni son dərəcə narahat edir və İsrailin Fələstin anklavında kütləvi qətllərin izlərini silmək və soyqırım sübutlarını məhv etmək cəhdləridir.
Qəzzada böhranın nizamlanması İslam dünyasının ən vacib məsələsidir və onun səfərbər edilməsini tələb edir, bu barədə Ərdoğan İraqa səfəri zamanı təyyarədə onu müşahidə edən jurnalistlərə bəyan edib.
“Qəzza məsələsi hazırda İslam dünyasının ən vacib məsələsidir, – Türkiyə lideri bəyan edib. – Qəzza elə bir yerdir ki, İslam dünyası birləşməli, həll yolunu tapmalı və gerçək, səmərəli siyasət işləyib hazırlamalıdır.
Biz bu məsələləri həm HƏMAS nümayəndələri, həm də bir çox ölkə liderləri ilə müzakirə etməkdə davam edəcəyik. Bu, gündəliyimizin birinci bəndidir və biz bunun həlli üçün mümkün olan hər şeyi edəcəyik”.
Moderator.az
Follow @7timesaz