Dünya

Ağ Ev Çinə qarşı BİRLİK YARADIR: Kanada da qoşuldu..

Ağ Ev Çinə qarşı BİRLİK YARADIR: Kanada da qoşuldu..backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Tayvana “Patriot” raketlərinin satışı məqsədilə qətnaməni təsdiq edib. “Bloomberg” agentliyinin məlumatına əsasən, Tayvan bu raketlərə görə ABŞ-a 882 milyon dollar ödəyəcək. ABŞ Tayvana bu raketlərlə yanaşı radarlar və yardımçı avadanlıqlar da satacaq. Tayvanın ABŞ raket silahlarıyla təhcizatının ümumi dəyəri 2 milyarddan çox olacaq.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Tayvanın belə sürətlə silahlanması Pekinin planlarıyla əlaqəlidir:

 

“Çin lideri Si Sinpin Tayvanı ələ keçirmək planı olduğunu bir neçə dəfə söyləyib. O, Kommunist Partiyasının son qurultayında açıq deyib ki, məsələni danışıqlar yolu ilə həll edə bilməsələr, güc yolundan istifadə edəcəklər. Çinin hərbi gəmiləri tez-tez Tayvan adasına yaxınlaşır, hərbi təyyarələri də adanın üzərində uçuşlara ara vermirlər. Bu, güc nümayişidir. Ancaq Tayvan rəhbərliyi də geri çəkilmir, bəzi hallarda adaya yaxınlaşan gəmilərə xəbərdarlıq atəşi açırlar. Digər tərəfdən, Kanada da ABŞ-a qoşulmağa qərar verib – bir neçə hərbi gəmisini Tayvan sahillərinə yaxın sulara göndərib və bunun beynəlxalq hüquqa zidd olmadığı vurğulanıb”.

Ekspert qeyd edib ki, ABŞ Tayvan adasının qorunmasında Kanadanın dəstəyinə arxayındır:

 

“Vaşinqton bununla kifayətlənmək istəmir. Ağ Ev Çinə qarşı daha geniş koalisiya yaratmağa çalışır. Hazırda bu koalisiyada ABŞ, Kanada və Böyük Britaniya ilə yanaşı, bölgə ölkələri – Hindistan, Avstraliya və Yaponiya yer alıblar”.