Dünya

Ağ Evdə Ukrayna ilə bağlı qapalı görüş  “Rusiya müharibədə qalib gələ bilər”

Ağ Evdə Ukrayna ilə bağlı qapalı görüş – “Rusiya müharibədə qalib gələ bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-e Prezidenti Co Baydenin baş köməkçiləri çərşənbə günü kçirilmiş qapalı iclasda qanunvericilərə açıq şəkildə bildiriblər ki, Konqres yaxın günlərdə Ukraynaya əlavə hərbi yardıma icazə verməsə, Rusiya həftələr, ən yaxşı halda yaxın aylar ərzində müharibədə qalib gələ bilər.

7Times.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı öz mənbələrinə istinadla xəbər yayıb.

Ağ evin Milli təhlükəsizlik müşaviri Cek Sallivan və Milli Kəşfiyyatın direktoru Avril Haines deputatlara bildiriblər ki, Ukraynanın bəzi hava hücumundan müdafiə və artilleriya ehtiyatları yaxın həftələrdə tükənəcək.

Mənbə bildirib ki, Ağ Evdə keçirilən görüşdə Sallivan və Haines Konqres liderlərinə Ukraynanın əsas hərbi resurslarının nə vaxt əhəmiyyətli dərəcədə tükənəcəyi ilə bağlı məxfi vaxt qrafiki və cari döyüş meydanının dinamikasının ətraflı qiymətləndirilməsini təqdim ediblər.

Sallivan Ukraynanın vəziyyətinin il boyu daha da çətinləşəcəyini vurğulayıb.

Prezidentin köməkçiləri qanunvericilərə bildiriblər ki, yardımın olmaması Ukraynadan daha çox ABŞ-dan asılı olan digər ölkələri, o cümlədən Yaponiya və Cənubi Koreyanın alyansda iştirakına yenidən baxmağa məcbur edə bilər. Mənbələrin dediyinə görə, onların əsas mesajı ABŞ-ın kömək etməməsi səbəbindən Rusiyanın Ukraynada qələbəsinin dünyada doğuracağı əks-səda ilə bağlı olub.

İclasda konqresin hər iki partiyasından olan liderlərindən ibarət qrup Ukraynaya yardım göstərməyin milli təhlükəsizlik prioritetlərindən biri olduğu barədə razılığa gəliblər. Lakin etiraf ediblər ki, Ukraynada irəliləyişin necə əldə olunacağı ilə bağlı qanunvericilər arasında fikir ayrılıqları var.

“AzPolitika.info”