ABŞ Türkiyədəki seçkilərlə bağlı açıqlama verib.
7Times.az bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kibri bu barədə jurnalistlərin sualını cavablandırarkən danışıb. O, ümumilikdə seçkilər və ya hər hansı namizədlə bağlı şərh verməkdən çəkindiklərini deyib.
“Buna türk milləti qərar verir”, deyə Kibri əlavə edib.
Xatırladaq ki, sabah Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Follow @7timesaz