Ölkə

Ağdamda mina partladı: Xəsarət alan var

Ağdamda mina partladı: Xəsarət alan varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan 7Times.az-a bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.