Hadisə

Ağdamda yol çəkən maşın minaya düşdü – Yenilənib

Ağdamda yol çəkən maşın minaya düşdü – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın işğaldan azad olunmuş ərazisində mina partlayışı olub.

Minatəmizləmə Agentliyindən 7times.az-a verilən məlumata görə, hadisə yol çəkən texnikanın minalardan təmizlənməmiş hissəyə daxil olarkən baş verib.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

***

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.