Hadisə

Ağdaşda qardaş qardaşı öldürdü – YENİLƏNİB

Ağdaşda qardaş qardaşı öldürdü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan 7times.aza verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

10:53

Ağdaş rayonunda kişi mübahisə zamanı öz qardaşını və həmkəndlisini güllələyib.

7times.az xəbər verir ki, rayonun Abad kənd sakini Mustafa Ələşrəfov münaqişə zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968- ci il təvəllüdlü Qələndər Ələşrəfovu və qonşusu, 1972-ci il təvəllüdlü Quliyev Cəmil Sərdar oğlunu vurub.

Nəticədə qardaşı Q. Ələşrəfov ölüb, C.Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M.Ələşrəfov polis əməkdaşları tərəfindən tutulub.