“Ermənistan olduqca ağır durumdadır, bizi müdafiə etməli olan təhlükəsizlik mexanizmləri hazırda çalışmır”.
7Times.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan OTA-ya müsahibəsində bildirib.
“İndi biz yeni təhlükəsizlik qarantiyaları axtarmaqdayıq. Bizi Qərbə istiqamətlənməkdə günahlandırırlar, amma biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz müxtəlif sahələrdə, təhlükəsizlik problemlərimizi həll etmək üçün əməkdaşlıq edirik”, – Qriqoryan bildirib.
“Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir”, – deyə o əlavə edib.
Modern.az
Follow @7timesaz