1 saylı Kliniki Tibbi Mərkəzdən 7times.az-a verilən məlumata görə, 9 nəfərdən 4-ü xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan 2010-cu il təvəllüdlü Əlilli Əlinin vəziyyəti ağırdır. O, aqonal vəziyyətdədir.
***
saat 23.43
Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Kliniki Tibbi Mərkəzdən 7times.az-a verilən məlumata görə, yaralıların siyahısı aşağıdakı kimidir:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
***
Saat 23:23
Bakı-Ələt yolunda baş verən ağır avtomobil qəzası ilə bağlı yeni xəbər var.
Kliniki Tibbi Mərkəzdən 7times.az-a verilən məlumata görə, minik maşını ilə avtobusun toqquşması nəticəsində çoxsaylı yaralılar var. Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. İçərilərində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var.
APA-nın yaydığı məlumata görə, qəza “Ford Transit” markalı avtomobillə “VAZ-2107” markalı maşının toqquşması nəticəsində baş verib.
***
Saat 23:13
Gədəbəyə gedən sərnişin avtobusu qəzaya uğrayıb.
7times.az-ın məlumatına görə, qəza Bakı-Ələt yolunda baş verib.
Yaralılar Klinik Tibbi Mərkəzə aparılıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır. Ölən yoxdur.
Əlavə məlumat veriləcək.
Follow @7timesaz