Evdə tək yaşayan 62 yaşlı qadın qətlə yetirilib.
7times.az xəbər verir ki, hadisə Ağstafa rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Çiçək Hüseynovanın yaşadığı evdə meyiti tapılıb.
Onun boğularaq öldürüldüyü məlum olub. İlkin məlumata görə, Ç.Hüseynova 30 ilə yaxındır ki, həmin evdə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz