Ağsu polisinin keçirdiyi monitorinqlər zamanı rayon ərazisində toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
7Times.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.
Follow @7timesaz