Macarıstan Avropa İttifaqına üzv ölkələrin Azərbaycan əleyhinə bəyanatlarına veto qoyub.
7Times.az xəbər verir ki, bu barədə “Azad Avropa”nın Avropa departamentinin redaktoru Rikard Jozviak Avropa rəsmilərinə istinadən özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Bu, 27 Aİ-yə üzv dövlətin bəyanatı idi, lakin Macarıstan buna mane oldu”, – deyə o, Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin Azərbaycan əleyhinə birgə bəyanatını xatırladıb.
Follow @7timesaz