Dünya

“Aİ-nin Gürcüstanda ikinci cəbhə açmaq istəməsinə inanmaq çılğınlıqdır” – Borrell

“Aİ-nin Gürcüstanda ikinci cəbhə açmaq istəməsinə inanmaq çılğınlıqdır” – Borrellbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Gürcüstanı ikinci cəbhə açmaq üçün istifadə etmək istəməsinə inanmaq çılğınlıqdır, belə şeylərə qulaq asmayın.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında belə deyib.

“Bu təbliğat və dezinformasiyadır. Aİ-nin Gürcüstanı ikinci cəbhə açmaq üçün istifadə etmək istəməsinə inanmaq çılğınlıqdır, belə şeylərə qulaq asmayın. Bütün bunlar xalqı zəhərləmək, mesajları təhrif etmək, ölkədə inamsızlıq yaratmaq üçündür. Rusiya təbliğatı çox intensivdir”.