Dünya

Aİ ölkələrinin şirkətləri Rusiyadan çıxmağa kömək istəyir

Aİ ölkələrinin şirkətləri Rusiyadan çıxmağa kömək istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələri şirkətlərinin “müharibənin maliyyələşdirilməsi üçün vergi tutulacağı” qorxusuna görə Rusiyadan çıxmasına kömək etmək istəyirlər.

 

7Times.az  “Kommersant”a istinadən xəbər verir ki, Aİ-nin müzakirə etdiyi 11-ci anti-Rusiya sanksiyalar paketi maliyyə əməliyyatları və hüquqi xidmətlər üçün xüsusi icazələri nəzərdə tutur.

 

Qeyd olunub ki, əgər bu vəsaitlər “Rusiyada bu şəxs və ya təşkilatla yaradılmış və ona məxsus olan birgə müəssisə və ya oxşar hüquqi razılaşmanın bağlanması üçün ciddi şəkildə zəruri olan əməliyyatları fevralın 28-dən əvvəl başa çatdırmaq üçün lazımdırsa”, Aİ ölkələri sanksiyaya məruz qalan rusiyalılara maliyyə köçürmələrinə icazə verə biləcəklər. Əməliyyatların 2023-cü il avqustun 31-dək bağlanmasının lazım olacağı dəqiqləşib.

 

Bildirilib ki, Aİ Avropa hüquq firmalarının rusiyalı müştərilərə kommersiya xidmətləri göstərməsinə qoyulan qadağanı yumşaldacaq. Aİ-yə üzv dövlətlərin səlahiyyətli orqanları 31 dekabr 2023-cü ilə qədər əməliyyatların tamamlanması üçün məcburi olan hüquqi xidmətlərin göstərilməsinə icazə verə bilər.