Reuters rəsmilərə istinadən xəbər verir ki, Aİ bu həftə G7 ölkələrinə Rusiyadan gələn dəniz neftinin qiymət tavanını bir barel üçün 50 dollara endirməyi təklif edəcək.
“Aİ bu həftə G7-nin maliyyə nazirlərinə Rusiyanın dəniz neftinin qiymət tavanını aşağı salmağı təklif edəcək. Çox güman ki, Aİ yeni tavan səviyyəsi kimi barel üçün 50 dollar təklif edəcək”.
G7 ölkələri, Avstraliya və Aİ 2022-ci il dekabrın 5-dən Rusiya neftinin dəniz daşımaları üçün bir barel üçün 60 dollar qiymət həddi tətbiq etdi – daha bahalı neftin daşınması və sığortalanması qadağandır, neft məhsulları üçün oxşar tədbir 2023-cü il fevralın 5-dən qüvvəyə minib.
Follow @7timesaz