Dünya

Aİ Rusiya vətəndaşlarının 21 milyard avro dəyərində aktivlərini dondurub

Aİ Rusiya vətəndaşlarının 21 milyard avro dəyərində aktivlərini dondurubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il martın əvvəlinədək Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının sanksiyalar tətbiq olunan təxminən 21 milyard avro məbləğində aktivlərini dondurub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, 2022-ci ilin oktyabr ayınadək 17,4 milyard avro dəyərində aktivlərin dondurulduğu bildirilirdi. Rəsmi məlumatlara görə, Ukraynada münaqişə başlamazdan əvvəl Rusiyanın Aİ-yə yatırdığı investisiyaların ümumi həcmi 136 milyard avro həcmində qiymətləndirilirdi.

Qeyd edək ki, Aİ Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib. Rusiya hakimiyyətinin təxminən 1 500 nümayəndəsinə qarşı hazırda məhdudlaşdırıcı tədbirlər tətbiq olunur.