Dünya

Aİ Türkiyəni Rusiya əleyhinə sanksiyalara qoşulmağa çağırıb

Aİ Türkiyəni Rusiya əleyhinə sanksiyalara qoşulmağa çağırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Türkiyəni Rusiya ilə ticarət siyasətini dəyişməyə və Qərbin Rusiya əleyhinə sanksiyalarına qoşulmağa çağırır.

APA-nın “Funke Mediengruppe” nəşrinə istinadən verdiyi görə görə, bu, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrelin Avropa Parlamentinə məktubunda qeyd olunub.

Jozef Borrel qeyd edib ki, Ankaranın Moskvaya qarşı məhdudiyyətlər tətbiq etməkdən çəkinməsi narahatlıq doğurur.

Aİ-nin Ali Nümayəndəsi Aİ və Türkiyənin gömrük ittifaqı formalaşdırdığını, bunun həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə biləcək ikili təyinatlı malların ticarətinə imkan yaratdığını nəzərə çatdırıb. Jozef Borrel Türkiyənin Rusiyaya sanksiyalardan yan keçmək variantları təklif etməməsini zəruri sayıb.

Türkiyənin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olduğunu xatırladan Jozef Borelə qeyd edib ki, bütün üzv ölkələrin Aİ-nin qərarlarını dəstəkləməsini gözləyirlər: “Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumu və Qərbin sanksiyaları fonunda Ankaranın Rusiya ilə sıx tərəfdaşlıq əlaqələrini dəstəkləməsindən narahatdır”.