Dünya

Aİ Türkiyəyə viza rejiminin sadələşdirilməsi barədə: “Payızda müzakirə olunacaq”

Aİ Türkiyəyə viza rejiminin sadələşdirilməsi barədə: “Payızda müzakirə olunacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmisi İHA-ya bildirib.

“Biz bu müzakirənin nəticəsini proqnozlaşdıra bilmərik. Türkiyə ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir”, – o vurğulayıb.

Türkiyənin Aİ-yə üzvlük prosesində qısa müddətdə hansı addımların atılacağını qiymətləndirən Aİ rəsmisi qeyd edib ki, Aİ-Türkiyə münasibətləri barədə Avropa Şurasının müəyyən etdiyi alətlər və variantlar əsasında strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək məqsədi ilə Şuraya təqdim olunacaq hesabat payızda müzakirə ediləcək. Hələ iyul ayında xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində qurulmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.

O, Türkiyənin Avropa Birliyinə tam üzvlüklə bağlı hansı mərhələləri tamamladığını da açıqlayıb: “Üzvlük danışıqlarındakı fasilədən əvvəl (2018-ci ildən) Aİ və Türkiyə cəmi 35 müzakirə fəslindən 16-nı açdı. Yalnız elm və tədqiqat bölməsi müvəqqəti olaraq bağlanıldı. 2006-cı ildə Şura Türkiyənin Kiprlə əlaqəli məhdudiyyətləri ilə bağlı 8 fəslin açılmayacağına və Türkiyənin Aİ-Türkiyə Tərəfdaşlıq Anlaşmasına Əlavə Protokol üzrə götürdüyü öhdəlikləri yerinə yetirənə qədər heç bir fəslin müvəqqəti bağlanmayacağına qərar verdi”.