Star TV-də Serap Paközün təqdim etdiyi proqramda qalmaqallı həyət hekəyəsi hər kəsi heyrətə salıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, evli və uşaq sahibi olan Selda Biçer televiziyada gördüyü Coşkun Yenilmezə qoşulub qaçıb. Sonra da kişinin dostu tərəfindən təcavüzə uğrayıb.
Bu azmış kimi sonra qaçdığı Coşkun Yenilməzin də xəyanətindən sarsılıb. Yenilmezin dostu Erkan Koy verilişdə “öümə hakim ola bilmədim, amma onun öz iradəsi və arzusu ilə intim əlaqədə olduq” deyib. Proqramda eşitdiklərindən şoka düşən Biçerin birinci həyat yoldaşı Musa isə baş verən hadisələrdən dəhşətə gələrək “məni buradan göndərin, üzlərini görmək istəmirəm” deyib.