Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində mühüm rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktar sosial şəbəkələrdə maraqlı paylaşım edib.
7times.az xəbər verir ki, “Baykar Savunma” şirkətinin rəhbəri yeni nəsil “Akıncı” PUA-larının ilk atış sınaqlarının uğurla başa çatdığını bildirib.
S.Bayraktar öz kateqoriyasında ən iri olan PUA-nın hədəfi 100% dəqiqliklə vurduğunu bəyan edib. Paylaşımını “Köklərdən göylərə” şüarı ilə bitirən şirkət rəhbəri “yeni əsərinin” bir deyil, ikiqat alqışa layiq olduğunu da qeyd edib.
Follow @7timesaz