Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair qərarına münasibət bildirib.
“7Times.az” xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çəlik “X”də yazıb.
O bildirib ki, PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərksilahın davam etdirilməsi “terrorsuz Türkiyə” prosesinin əsas gündəmidir. PKK-nın tərksilahın davam etdirilməsi “terrorsuz Türkiyə”yə nail olmaq üçün yol xəritəsinin əsas sütununu təşkil edir.
Ömər Çəlik vurğulayıb ki, bugünkü hadisələr, PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, “terrorsuz Türkiyə” istiqamətindəki irəliləyişin konkret nəticələridir.
Qeyd edək ki, PKK Türkiyədən tamamilə çıxdığını açıqlayıb.
Follow @7timesaz


