Dünya

Akşener “Altılı masa”ya bu şərtlə qayıdacaq

Akşener “Altılı masa”ya bu şərtlə qayıdacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Altılı masa”dan mən qalxmadım, qaldırıldım.

7Times.az  xəbər verir ki, bunu Türkiyənin müxtəlif koalisiyasını tərk edən İYİ partiyasının sədri Meral Akşener deyib.

O bildirib ki, CHP lideri Kamal Kılıçdaroğlu İmamoğlu və ya Mansur Yavaşdan birinin namizəd olmasına razılıq verərsə, masaya qayıdacaq.

Qeyd edək ki, “Altılı Masa” vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.

İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener “Altılı Masa”nı tərk etdiklərini elan edib.

Ötən gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.

Namizədin sabah keçirilməli olan növbəti toplantıda elan olunması gözlənilir.