“Ayntraxt” hücumçusu Lukas Alario ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, argentinalı forvard Braziliyanın “İnternasyonal” klubuna keçib.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu transfer “İnternasyonal”a 3 milyon avroya başa gəlib. Lukas yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, sözügedən oyunçu “Ayntraxt”a 2022-ci ilin yayında “Bayer”dən keçmişdi.
Follow @7timesaz