Dünya

Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxıb

Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Albaniyanın Böyük Britaniyaya təyin olunan yeni səfiri Uran Ferizinin qanunsuz miqrant olması üzə çıxıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Uran Ferizi 1998-ci ildə qanunsuz olaraq Birləşmiş Krallığa daxil olub və öz mənşəyi barədə yalan danışıb.

Ferizi Kosovadakı müharibədən qaçdıqdan sonra ingilis qadınla ailə quraraq ölkədə qalmaq üçün icazə almağı bacarıb.

O, Oksfordda təhsil alıb, Londonda maliyyə analitiki işləyib və ABŞ-də elmi araşdırma aparıb. Heç vaxt diplomatik xidmətdə olmayıb, lakin Albaniyanın hazırkı hökuməti ilə sıx əlaqə saxlayır.