Dünya

Aleksey Navalnı xəstəxanadan fotosunu paylaşdı

Aleksey Navalnı xəstəxanadan fotosunu paylaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnı zəhərləndikdən sonra ilk dəfə foto paylaşıb.

7times.az APA-ya istinadla xəbər verir ki, Rusiyanın müxalifət liderlərindən biri olan Aleksey Navalnı “Instagram” səhifəsində müalicə aldığı Berlinin “Charite” klinikasından ailəsi ilə foto paylaşıb.

“Salam, bu Navalnıdır! Sizin üçün darıxıram. Hələ bir şey edə bilmirəm, amma dünən bütün gün özüm nəfəs ala bildim. Bunu özüm etdim. Mən heç bir kənar yardımdan, hətta boğazımdakı ən sadə süni tənəffüs aparatından istifadə etmədim. Bu, çox xoşuma gəldi. Çoxları tərəfindən qiymətləndirilməyən inanılmaz bir proses”, Navalnı paylaşdığı fotoya şərh yazıb.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” Partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.