Xəbər verdiyimiz kimi, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Moskvada və bir sıra şəhərlərdə aksiyalar keçirilir. Aksiyalar zamanı onlarla şəxs saxlanılıb, polislə qarşıdurma yaşanıb.
7times.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, mitinqə qoşulan Navalnının həyat yoldaşı Yuliya Navalnaya da saxlanılıb. Bu barədə o, İnstaqram hesabında paylaşım edib.
“Aşağı keyfiyyətə görə bağışlayın. “Avtozak”da çox pis işıq var”, – deyə siyasətçinin xanımı yazıb.qafqazinfo