Tez-tez açıqlamaları ilə gündəmə gələn Aleyna Tilkinin növbəti paylaşımı da diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni sosial şəbəkədəki paylaşımında qız istəməyin gülünc olduğunu vurğulayıb.
Paylaşımda deyilir:
“Qız istəmək məsələsi gülüncdür. Bu, yaxşı sövdələşmə istəməyə bənzəyir: “Qızını oğluma verərsən?” Bu, iyrəncdir! Adam kimi, “Evlənəcəyik, razılığınız varmı?” – de, qurtarsın…”.
Yazıçı Orkun Ün və Savaş Özbey Tilkinin bu “Twitter” paylaşımına münasibət bildiriblər:
“Aleyna Tilki vaxtaşırı sosial media hesabından maraqlı çıxışlarla gündəmə gəlir. O, tez-tez “məntiqsiz” paylaşımlar edir. Bunların hamısı “strategiyadır”. Ona görə də Aleynanın tvitlərini “çox şey etməməlisən”… Əylənin və çox düşünməyin.
Follow @7timesaz