Gənc müğənni Aleyna Tilkinin “İşte Bu Benim Masalım” adlı serialına görə qazancı məlum olub.
7times.az xəbər verir ki, Acun Ilıcalı, “Exxen” platformasındakı serialın 8 bölümü üçün 20 yaşlı müğənniyə 2 milyon lira qonarar ödəyib. Aleyna hər bölüm üçün 250 min lira pul qazanıb.
Qeyd edək ki, baş rollarında Aleyna Tilki və Cemal Can Canseven olduğu “İşte Bu Benim Masalım” serialı, IMDb platformasında 1.7 xalla ən aşağı səs toplayan türk serialı olub.
Elmir Kərimli
Follow @7timesaz