Dünyanın ən varlı iş adamlarından biri və ən böyük “Amazon” alış-veriş saytı olan “Alibaba”nın qurucusu Cek Ma 2 aydır mediada görünmür.
7times.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, Cak Ma noyabrdan bəri görünmür və “Ant Group”un kütləvi təklifi səbəbiylə açılan istintaqda adı keçən iş adamı mübahisələrə səbəb olub. Ma ayrıca öz “Afrika İş Qəhrəmanları” şousunun finalında da görünməyib.
Bildirək ki, “Alibaba”nın qurucusu Cak Ma, səhminin 9.6 milyard dollarlıq hissəsini keçən yay sataraq, sentyabrından təqaüdə çıxıb. Bu satışla şirkətdəki payı yüzdə 6,4-dən yüzdə 4,8-ə düşüb.
Manın 10 oktyabr tarixindəki son “tweet”i də “The Guardian” qəzetinin ən diqqətçəkən məqamları arasında yer alıb.
Qeyd edək ki, “Alibaba”nın qurucusu Cek Ma, 59 milyard dollar sərvəti ilə Çinin ən zəngin adamlarından biridir. unikal.org
Follow @7timesaz