Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib.
7times.az xəbər verir ki, o, oğurluqda ittiham edilir. İddialara görə, Elnur Mövlanov qayınanasının qızıllarını oğurlayıb. Alim Qasımovun xanımının zərərçəkmiş kimi tanınması bu iddiaların əsassız olmadığını göstərir.
Artıq cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Musavat.com yazır ki, işə hakim Telman Hüseynovun sadrliyi ilə baxılır.
Alim Qasımov isə Qaynarinfo-ya belə bir olayın baş vermədiyini bildirib. “Harda gedir məhkəməsi? Xəbərim yoxdur, öyrənib deyərəm”, – deyə o əlavə edib.
Alim Qasımovun xəbəri təkzib etməsinə rəğmən onun da məhkəmə prosesində iştirak etdiyi iddia olunur.
Follow @7timesaz