Maqazin

Alim Qasımovun kürəkəninin cəzası azaldıldı

Alim Qasımovun kürəkəninin cəzası azaldıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur Mövlamovun cəzası azaldılıb.

“7times” xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda onun həbs müddəti bir il azaldılaraq 8 ilə endirilib.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın produseri Rəşadət Fərzəliyev tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamova 9 il həbs cəzası verilmişdi.

F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.//Qafqazinfo