Dünya

Alkoqolun orqanizmdən təmizlənməsinin yeni üsulu kəşf edildi

Alkoqolun orqanizmdən təmizlənməsinin  yeni üsulu kəşf edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı alimlər alkoqolun bədəndən xaric olunması üçün sadə və sürətli bir üsul kəşf ediblər.

7times.az xarici mediaya istinadən xəbər verir ki, bahalı vəsait tələb etməyən bu üsul ağciyərlər vasitəsilə həyata keçirilir.

Alkoqollu içkilərin tərkibində olan etanol, qanda müəyyən bir konsentrasiyaya çatdıqdan sonra zəhərə çevrilir, qan dövranını pozur, beyinə və digər orqanlara təsir göstərir.

Alkoqolun 90 faizə qədəri qaraciyərdən keçir. Lakin hamısı orqanizmdən xaric ola bilmir. Dializ, venadaxili dərmanlar və oksigen təchizatı alkoqolun qandan xaric olmasını bir qədər sürətləndirə bilir.

Toronto Universitetinin tədqiqatçıları alkoqolun orqanizmdən xaric olunması üçün ağciyərlərdən istifadə etməyi tövsiyə edirlər. Alimlər hiperventilasiya vasitəsilə dərin və sürətli nəfəs alma ilə alkoqolun qaraciyərdən üç dəfə daha sürətli atıldığını bildiriblər. Qeyd olunur ki, nəfəs nə qədər güclü olarsa, alkoqol bədəndən bir o qədər çox xaric olunar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən üç milyon insan ağır alkoqol sərxoşluğu nəticəsində həyatını itirir.

Təranə Mirzəyeva

7times.az