İsrailə köçən məşhur müğənni Alla Puqaçova vəsiyyət edib ki, vəfat edəcəyi təqdirdə onu Moskvadakı Kuzminskoye qəbiristanlığında dəfn etsinlər.
7Times.az xəbər verir ki, bu barədə “Sobesednik” nəşri məlumat yayıb.
Bildirilir ki, Puqaçova artıq həmin qəbiristanlıqda torpaq sahəsi alıb. Primadonna arzu edir ki, bu torpaqda ailə məbədi tikilsin. Qeyd edək ki, bu qəbiristanlıqda Aleksandr Buinov və Proxor Şalyapin də torpaq sahəsi alıb.
Bundan əvvəl ictimai fəal Roman Xudyakov müğənninin Rusiya televiziya ekranlarında yenidən görünməsindən qəzəbləndiyi bildirilmişdi.
Follow @7timesaz