Ölkə

“Allah cəzanızı versin” – Günel Zeynalovadan etiraz

“Allah cəzanızı versin” – Günel Zeynalovadan etirazbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Günel Zeynalova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

7Times.az xəbər verir ki, bir müddət əvvəl tülküyə qarşı qəddarlıq göstərdiklərinin əks olunduğu videonu paylaşaraq, onları tənqid edib.

“Sən, bu səsin sahibi, “dərsini niyə öyrənməmisən deyirsən?” Dilsiz canlıya sual verirsən? Sən dərsini yaxşı öyrənmisən ki, bu videonu çəkə bilirsən? Aç Quranı oxu, onlar axirətdə dil açıb danışacaqlar. O zaman Allah qarşısında dərsini danışarsan təkrar.

Allah sizin cəzanızı versin, sənin də, bellə vuran vicdansızın da. Avara, boş insan yığını. Artıq bu videoları görmək istəmirəm. Allah səni yaratdığı kimi, onu da yaradıb. Bu da bizimkilər, utandım sizin yerinizə. Tezliklə sizi tapıb cəza versinlər” deyə, Günel paylaşımında yazıb.

Qeyd edək ki, sözügedən video bu ilin yay aylarında yayılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilmişdi. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdi.

Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs olunmuşdu.