Maqazin

“Allah eləməsin yenidən hamilə olum” – 4 uşaq anası Xuraman

“Allah eləməsin yenidən hamilə olum” – 4 uşaq anası Xuramanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Allah eləməsin, 11 ildir ya hamiləyəm, ya uşaq baxıram. Bəsdir artıq. İndi rahatlamağa başlamışam. Allah verdiyi uşaqlara bərəkət versin. Allah eləməsin yenidən hamilə olum. Burada “stop” demişəm. Belə bir niyyətim yoxdur”.

7Times.az Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı deyib. artıq çəki alan sənətçi hamilə olması haqda şayiələrə cavab verib. O bildirib ki, beşinci dəfə ana olmaq istəmir.

Xuraman daha sonra başına gələn xeyriyyə işi ilə bağlı hadisəni danışıb. O bildirib ki, bir-iki insan onu yardımla bağlı aldadıb:

“Hamı sənət adamlarından nəsə gözləyir, yardım istəyir. Mən də pandemiya ərəfəsində yardım etdim. Bir-iki evə getmişdim. Düzdür, ev yaxşı vəziyyətdə deyildi. Amma evdəki qadınlara baxıram üzünün kraskası, boyası yerində. Deyirəm, bu boyaya verdiyiniz pulu gedin evi düzəldin. Üzlərinin boyası əskik deyil. Sənət adamlarından istifadə edirlər.

Bu yaxınlarda isə bir xəstə uşaq var idi, onun müalicəsi üçün pul yığılmasına yardım etdim. Yüksək məbləğ də yığıldı. Hələ də uşağı müalicəyə aparmayıblar. İndi gözləyirəm görüm bu pulu nə edəcəklər. Sənət adamlarını bu yolla aldadırlar”.