“Yuventus”un baş direktoru Françesko Kalvo baş məşqçi Massimiliano Alleqrinin gələcəyinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, klub funksioneri “Football Italia”ya açıqlamasında belə deyib:
Əlbəttə, Alleqri postunu qoruyacaq. Onunla dörd illik müqavilə bağlamışıq və hələ bu müddətin yarısını belə başa vurmayıb”.
“Yuventus” İtaliya çempionatının 32 turunda 60 xal toplayıb. Komanda Skudetto üçün hətta riyazi şanslarını da itirərək, A Seriyasının cədvəlində 3-cü yeri tutur.
Turin klubunun AL-in yarımfinalındakı rəqibi “Sevilya”dır (11 və 18 may).