“Sabah”ın futbolçusu Coy-Lens Mikels rəqsi ilə diqqət çəkib.
7Times.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS klubuna qalib gəldikləri matçdan sonra “Bakılı balasıyam” mahnısına rəqs edib.
Belə ki, bir neçə həftə öncə Avstriyada təlim-məşq toplanışında qaldığı oteldə bu mahnıya rəqs edən vinger üçün qarşılaşmadan sonra azarkeşlər “Bakılı balası” oxuyub. Mikels onların qarşısında mahnıya rəqs edib.