Dünya

Almaniya bu ölkədə qoşun yerləşdirəcək

Almaniya bu ölkədə qoşun yerləşdirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün Litvada daimi olaraq 5 min əsgərdən ibarət briqada yerləşdirəcək.

7Times.az xəbər verir ki, bu barədə məlumat Bundesverin saytında dərc olunub.

“Bizim aydın missiyamız var. Burada NATO-nun şərq cinahında litvalı müttəfiqlərimizin müdafiəsini, azadlığını və təhlükəsizliyini təmin etməliyik”, – deyə briqada generalı Kristof Hube deyib.

Qeyd olunur ki, briqada 2027-ci ilə qədər tam şəkildə yerləşdiriləcək.

Hazırda Litvada 150 alman əsgəri yerləşdirilib. Onların sayının 2025-ci ilin sonuna kimi 500-ə çatacağı gözlənilir.