Dünya

Almaniya hökuməti müharibə başlayandan bəri ilk nümayəndəsini Odessaya göndərdi – VİDEO

Almaniya hökuməti müharibə başlayandan bəri ilk nümayəndəsini Odessaya göndərdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın mədəniyyət və media naziri Klaudiya Rot bazar ertəsi Odessaya iki günlük səfərə gəlib.

Bu barədə DW məlumat verib.

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başladıqdan sonra Klaudiya Rot bu liman şəhərinə səfər edən Almaniyanın ilk hökumət rəsmisidir. O, Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenkonun dəvəti ilə Odessadadır.

“Odessada bir mədəniyyətin şüurlu şəkildə məhv edilməsinin nə demək olduğunu görə bilərsiniz”, – deyə Rot bildirib.

Onun fikrincə, incəsənətin və mədəniyyətin məhvi də bir silahdır.

“Mədəniyyətə qarşı müharibə həm də demokratiyaya qarşı müharibədir. Mədəniyyət məhv olanda demokratiya artıq səs gücünü itirir”, – deyə o əlavə edib.

Səfər çərçivəsində nazirin Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko və şəhərin meri Gennadi Truxanovla görüşü nəzərdə tutulub. O, həmçinin Odessa Kinostudiyasına, Odessa Dövlət Filarmoniyasına, Odessa Milli Akademik Opera və Balet Teatrına və Odessa Milli Elmi Kitabxanasına baş çəkəcək.

Klaudiya Rot dəfələrlə Almaniyada sığınacaq tapmış ukraynalı sənətçilərin müdafiəsi üçün, eləcə də Ukrayna mədəniyyət qurumlarına dəstək məqsədli çıxışlar edib.