İdman

Almaniya nəhənginə Ronaldo ilə bağlı fantastik təklif!

Almaniya nəhənginə Ronaldo ilə bağlı fantastik təklif!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda xoşbəxt olmayan və komandadan ayrılmağı düşünən Kristiano Ronaldo yenidən Avropaya qayıtmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Münhen “Bavariya”sı portuqaliyalı ulduzla bağlı maraqlı təklif alıb. 38 yaşlı hücumçuya yaxınlığı ilə bilinən məşhur jurnalist Piers Morgan bildirib ki, “Bavariya”nın icraçı direktoru Oliver Kan Ronaldo ilə bağlı maraqlı təklif alıb.

İddialara görə, alman milyarder Markus Şon Oliver Kana göndərdiyini məktubda qeyd edib ki, “Bavariya” Ronaldonu transfer etsə, milyarder bütün xərcləri öz üzərinə götürəcək. “Bavariya”nın təklifə necə cavab verdiyi məlum deyil.