Dünya

Almaniya ötən il yenidən silahlanmaya 31 milyard avro xərcləyib

Almaniya ötən il yenidən silahlanmaya 31 milyard avro xərcləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Almaniya Silahlı Qüvvələri yenidən silahlanmaya 31 milyard avrodan çox vəsait xərcləyib.

“Report” xəbər verir ki, bu barədə Bundesverin avadanlıq, informasiya texnologiyaları və texniki dəstək üzrə federal idarəsinin rəhbəri Annett Lenik-Emden “Funke” media qrupuna bildirib.

“Ötən il biz təxminən 12 min satınalma müqaviləsi bağladıq. 2021-ci ildə biz 17 milyard avrodan bir qədər az, 2024-cü ildə isə 31 milyard avrodan çox vəsait xərclədik. Biz həcmləri artırmağa davam edəcəyik”, – deyə o bildirib.

Lenik-Emden satınalmalarda prioritet istiqamətlər kimi hava hücumundan müdafiə vasitələrini və döyüş sursatlarını qeyd edib.