Almaniyanın hərbi sənayesi birbaşa Ukrayna üçün silah istehsal edir.
APA-nın “Reuters“ə istinadla xəbərinə görə, bunu Almaniyanın Xarici işlər naziri Annalena Berbok bəyan edib.
“Biz ağır silahları təchiz edirik. Başa düşürəm ki, ukraynalıların daha böyük həcmdə və sürətli çatdırılmaya ehtiyacı var. Lakin bizdə belə belə ultramodern sistemlər lazımi miqdarda yoxdur” – deyə diplomat qeyd edib.
Berbokun fikrincə Ukrayna gələn yay da ağır silahlara ehtiyac hiss edə bilər.
Follow @7timesaz